Əsas hədəfə bir addım da yaxınlaşdı

Ötən ay İordaniyanın paytaxtı Əmmanda U-20 güləş üzrə dünya birinciliyi keçirilib. Nüfuzlu yarışda hakimlər dəstəsində bizdən Kamran Əliyev yer almışdı. O, ilin əvvəlində Dünya güləş birliyindən tərəfindən 1-ci dərəcəli beynəlxaq referiliyə layiq görülüb. Amma o, bununla da kifayətlənmək niyyətində deyil. Hədəfi İ-S, sadə dillə desək, olimpiya kateqiriyasına yüksəlməkdir.

Qədim Mesopotamiyada – Assuriya torpağında, Lut peyğəmbərin bəd duası ilə Allahın daşa döndüyü lənətlənmiş qövmün diyarında həmyerlimiz növbəti sınaq qarşısında olub. Sözü gedən yarışda ədaləti düzgün, insafla qoruyanlar gələn il ən yüksək imkana yiyələnəcəklər. Allsport.az saytına açıqlamasında 31 yaşlı hakim duruma belə aydınlıq gətirdi:

“İlk növbədə, mənə bu şəraiti yaratdığına görə, Azərbaycan güləş federasiyasına təşəkkürümü bildirirəm. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Dünya birinciliyinə 60 hakim dəvət almışdı. Onlardan 20-si İ-S, qalanları imtahan ümün xalçaya çıxmışdı. 7 gündə 15 görüş idarə etdim. Düzdür, bu çox az sayılır.

Təşkilatçılar əsasən ərəb və Asiya ölkələrinə fürsət verirdi. Buna rəğmən, mənə göstərilən etimadı dorultmağa çalışdım. Dünya güləş birliyinin nümayəndələri və təcrübəli həmkarlarım məndən öz razılıqlarını ifadə etdilər. Bundan savayı, türkiyəli referilərlə sıx münasibətim var. Tədbirlər zamanı daim bir yerdə oluruq. Artıq 11 ildir beynəlxalq dərəcəli hakiməm. Çoxlu dostlarım var”.

Həmin kateqoriyadan