“Əsas hədəfimiz hər 2 yarışda uğurlu çıxış etməkdir”

Kişi voleybolçular İslam həmrəyliyi oyunlarına və Avropa çempionatının seçməsinə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, ilkin mərhələdə “Sərhədçi” olimpiya-idman mərkəzində bir araya gələn komanda, dünəndən Dərnəgüldəki voleybol bazasında məskunlaşıb. Millinin yeni baş məşqçisi Pərviz Səmədov toplanışı belə qiymətləndirir:

“Mayın 15-dən təlim-məşqə başlamışıq. İlkin mərhələdə məşqlərə 24 voleybolçu cəlb etmişdik. Hazırda onlardan 18-i ilə hazırlığı davam etdiririk. İyunda da təlim-məşq toplanışımız Bakıda olacaq. Gələn ay isə ölkə xaricində hazırlıq keçmək və yoxlama oyunları keçirməyi planlaşdırırıq.

İslam həmrəyliyi oyunlarına və Avropa çempionatının seçmə mərhələsinə bir aydan çox vaxtımız var. Düşünürəm ki, həmin vaxtadək oyunçularımız güclü məşqlər edərək, daha yaxşı forma yığacaqlar.Avropa çempionatının təsnifat mərhələsində güclü komandalarla bir qrupda mübarizə aparacağıq.

Rəqiblərimiz Türkiyə və Danimarka milliləridir. İslamiadada isə hələlik kimlə oynayacağımız bəlli deyil. İstənilən halda, komanda meydana qələbə üçün çıxacaq. Əsas hədəfimiz hər 2 yarışda uğurlu çıxış etmək, bizə bəslənilən ümidləri doğrultmaqdır”.

Həmin kateqoriyadan