- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Bildiyiniz kimi, iyulun 21-də Bakıda Avropa gənclərinin olimpiya festivalı başlayacaq. Allsport.az saytı xəbər verir ki, tədbirin proqramında yer alan idman növlərindən biri də güləşdir. Yeniyetmələrdən ibarət yığmalarımız festivala hazırlığın son mərhələsindədir.
Yunan-Romaçılar Göygöldə, “sərbəstlər” Xaçmazda təlim-məşqdədirlər. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Abil İbrahimovun rəhbərliyi ilə 22 yeniyetmə iyulun 3-dən Xaçmaz olimpiya idman kompleksində toplanışdadır. Daha çox fiziki hazırlığın ön planda olduğu TMT iyulun 17-dək davam edəcək.
Yeri gəlmişkən, bu gün Əsgərxan Novruzov goğum gününü qeyd edir. O, 48-ci yayına qədəm qoyur.