- Baxış sayı: 39
- 11 May 2026 21:35
- Baxış sayı: 54
- May 11, 2026
- 0

Afinada yeniyetmələrin dünya birinciliyi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, son mərhələdə mübarizəyə sərbəst güləşçilər qoşulublar. Böyük məşqçi Əsgərxan Novruzovlu millimiz möhtəşəm nəticə göstərib.
Bu növdə yarışa qoşulan 5 təmsilçimizdən 4-ü finala çıxıb – Əlihəsən Əmirli (42 kq), Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbahimov (69 kq) həlledici mərhələyə adlayıblar.
Bizdən yalnız Fuad Mayılov (85 kq) büdrəyib. O, 1/4 finalda özbəkistanlı rəqibinə yenilib.