Əzəli rəqiblərin mübarizəsindən «Rabitə» qalib ayrıldı

Bu gün qadınların ölkə Super Liqasında 5-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, «Gənclik» Olimpiya Kompleksində «Rabitə» əzəli rəqibi «Azerreyl»i qəbul edib.

Yarış cədvəlinin ilk pilləsi uğrunda mübarizə çox gərgin keçib. Xeyli güc itirən tərəflər qalibi tay-brekdə müəyyənləşdiriblər. Burada daha yaxşı təsir bağışlayan 6-qat ölkə çempionu görüşün qalibi olub – 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:10).

Həmin kateqoriyadan