“Zəhmətim yerdə qalmadı”

Nihat Məmmədli (60 kq) Ruminiya paytaxtı Buxarestdə qitə çempionatında baş mükafata yiyəylənib. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçisi çıxışından sonra AGF-in saytına açıqlama verib:

“Allaha çox şükür edirəm. Zəhmətim yerdə qalmadı. Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Bu da çətinlik yaradırdı. Həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik.

Finalın ağır keçəcəyini bilirdim. Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qələbə qazandım.

Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.

Həmin kateqoriyadan