1-ci dövrənin son oyunlarının vaxtı

Qadın voleybolçular arasında Azərbaycan yüksək liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, I dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.

III tura UNEC – “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.

Hər iki görüş voleybol mərkəzində təşkil olunacaq.

Həmin kateqoriyadan