1-ci liqada kimlərin üzü güldü?

Bu gün “Murov” voleybol klubunun idman zalında kişilər arasında 1-ci liqada növbəti oyunlar keçirilib. Allsport.az saytı sizi nəticələrlə tanış edir:

“A” qrupu (II zal)

“Xarı bülbül” – “Murov-2” (3:1)
7№ İOEUGİM – “Azəri-44” (3:0)
RSC – “Hərbi İnstitut” (1:3)
“Ekspress” – “Sumqayıt” (3:0)

“B” qrupu (I zal)

“Kontakt” – “Kapitalist” (1:3)
“Delta” – “Təhsil” (0:3)
“Masallı” – “Ryuqa Loko” (3:1)
“Azəri-1” – “Şahinlər” (3:1)

Nəzərinizə çatdıraq ki, komandalar 1 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-ofda müəyyən olunacaq.

Həmin kateqoriyadan