1 dəst mükafatla

Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsəidovun adına sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi ilə qonşu respublikaya yollanan güləşçilərimiz 1 dəst medal qazanıb.

 

Ən ağır çəkili pəhləvanların yarışında finalda Azərbaycan təmsilçiləri qarşılaşıb. Cəmaləddin Məhəmmədov komanda yoldaşı Əli Məhəmmədabirovla qarşılaşıb və ona qalib gəlib.

 

Turnirin bürünc medalını millimizə 74 kq çəkidə mübarizə aparan Mircəfər Murtuzlu qazandırıb.

Həmin kateqoriyadan