- Baxış sayı: 91
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
Allsport.az xəbər verir ki, yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub.
Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.
Toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.