LAYİHƏ
104 FM-in «İdmanda» proqramında güləşçilərimizin Rio oyunlarında çıxışı müzakirə edildi

Bu gün Space radio 104 FM-in «İdmanda» proqramında Rio-2016-da güləşçilərimizin çıxışı barədə geniş söhbət gedib. Aparıcılar – Anar Nəbi və Elnur Əsədin budəfəki qonağı allsport.az saytının baş redaktoru Kamran Hacı olub.

Bildiyiniz kimi, dünən yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Medala əsas ümidlilərimizdən olan Rövşən Bayrımov həlledici məqamlarda fürsəti qaçıraraq, yekunda 5-ci yerlə kifayətlənib.

Avqustun 15-də təşkil olunan tutaşmalarda 2 bahadırımız Saman Təhmasibi (85 kq) ilə Sabah Şəriətinin (130 kq) bürünc medal qazanmaq şansı var. Sohbət zamanı, növbəti günlərdə pəhləvanlarımızın medal qazanmaq şansları dəyərləndirilib.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan