- Baxış sayı: 64
- 20 İyul 2025 11:02
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Əbdurrəhman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb. Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medalı boynundan asıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Millimiz 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.