17 yaşlı güləşçilər Avropa çempionatına bölgələrdə hazırlaşır

Güləş üzrə U-17 komandalarımız Avropa çempionatına hazırlaşırlar. Allsport.az saytı xəbər verir ki, həm sərbəst, həm yunan-Roma, həm də qızlardan ibarət yığmalar bölgələrdə təlim-məşq keçirlər.

“Klassiklər” mayın 18-dən Göygöl olimpiya idman kompleksində məşqləri davam etdirir. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi ilə 22 idmançı hazırlıqda iştirak edir. Toplanış iyunun 5-dək davam edəcək.

“Sərbəstlər”də məşqçilər korpusu toplanışı 2 hissəyə bölüb. Mayın 15-dən 28-dək Xaçmaz olimpiya idman kompleksində fiziki hazırlıq üzrə TMT keçən bahadırlar, bu gündən həmin məkanda taktiki-texniki çalışmalara start verəcək. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında 22 sərbəst güləşçi iyunun 12-dək Xaçmazda çalışmanı davam etdirəcək.

U-17 və U-20 yaş qrupu üzrə qızlardan ibarət millimiz Astaraya üz tutub. Mayın 29-dan olimpiya idman kompleksində məskunlaşan komandamız böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə iyunun 11-dək cənub bölgəsində hazırlıq keçəcək. Toplanışa 19 güləşçi cəlb olunub.

U-17 Avropa çempionatı iyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Возможно, это изображение 2 человека, люди стоят и в помещении
Возможно, это изображение 13 человек, люди стоят и в помещении
Возможно, это изображение 6 человек, люди стоят и в помещении

Həmin kateqoriyadan