2 azərbaycanlı hakim olimpiya dərəcəsinə yüksəldi

Azərbaycan güləşi daha bir uğura yetişib. Allsport.az saytı xəbər verir ki, 2 hakim ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına yüksəlib. Bu barədə Dünya güləş birliyi qərar verib.

Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam AlıyevSədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb.

Xatırladaq ki, Tokio-2020-də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir. Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.

Həmin kateqoriyadan