- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

Bu gün Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramazan Qədirovun kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə millimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) fərqlənməyib. O da gümüş medalla kifayətlənib.
Mübarizyə qoşulan Mahal Novruzov (61 kq), Hacımurad Ömərov, Gitinaməhəmməd Hacıyev (hər ikisi – 70 kq), Məhəmmədhacı Muxutov, Axra Cerqeniya (74 kq) zəif təsir bağışlayıblar. İlk yarış günündə Məhəmməd Müslümov (65 kq) 2-ci, Aslanbəy Alborov (97 kq) 5-ci olub.