2-ci Vətən müharibəsi qazisi: “Zəfər kuboku”nunda böyük qürur hissi keçirirəm

“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların “Zəfər kuboku”nundan sonra, yüksək, super və 1-ci liqalarda fərqlənənlərin mükafatlandırması oldu. Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən 2-ci Vətən müharibəsi iştirakçısı Zaur Hüseynov, bu yarışı yüksək dəyərləndirdi:

“Qarabağ zəfəri Azərbaycan əsgərinin gücünü, Azərbaycan xalqının birliyini, ali baş komandan İlham Əliyevin sərkərdəlik qabiliyyətinin təzahürüdür. Biz Azərbaycan xalqı, qalib Azərbaycan ordusuyuq. Mən fəxr edirəm və böyük qürur hissi keçirirəm.

Eyni zamanda, cənab nazirə, voleybol federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, “Zəfər kuboku”nun bizim şanlı qələbəmizə həsr ediblər. Hamınızı təbrik edirəm”.

Həmin kateqoriyadan