2 final idarə edən azərbaycanlı hakimin Tokioya yollanmaq imkanı yüksəkdir

Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatı ölkəmiz bir hakimlə təmsil olundu. Allsport.az saytı xəbər verir ki, buna səbəb yarışın Tokio oyunlarına lisenziya olmasıdır. Gərgin rəqabətdə İ-S dərəcəli 64 referi sırasında Asif Şirəliyev də yer aldı. Bu ədalət təmsilçiləri işindən 50 nəfər “dördilliy”in ən böyük idman bayramına yolanmaq imkanı qazanacaq. Həmyerlimiz bu işin öhdəsindən gələcəyinə inanırıq.

O, “Barıs arena”da 2 final görüşü, hər gün bir dəfə 3-cü yer uğrunda görüş idarə etdi. Bundan savayı, yan və döşək hakimi də oldu. Yarışın son günü sərbəst güləşdə Məhəmmədhacı Nurov (Şimali Makedoniya) – Əlişir Yerqalı (Qazaxıstan) arasında bürünc medal üçün qarşılaşmada onun digər 2 həmkarından fərqli, xalça referisi olaraq, yerli idmançının lehinə verdiyi qərar video-təkrarda öz doğruluğunu isbatladı.

Qeyd edək ki, bu dünya çempionatında hakimlərə xüsusi nəzarət oldu. 4 referi vəzifəsinin öhdəsindən gəlmədiyi üçün, vaxtından öncə evə göndərildi. Yeni qaydaya əsasən, işdə nöqsana yol verənləri bilətləri dəyişdirilir və onların haqları ödənilərək erkən geri göndərilir.

Kamran HACI, Nursultan

Həmin kateqoriyadan