- Baxış sayı: 45
- 11 May 2026 21:35
- Baxış sayı: 110
- May 11, 2026
- 0

Sofiyada U-15 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. Allsport.az xəbər verir ki, güləşçilərimizdən Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) finala yüksəlib.
Emin Cavadlı (41 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Nurlan İbadzadə (44 kq), Tural Əhmədov (52 kq), Həmzə Rəsulzadə (57 kq) və Orxan Hacıyev (75 kq) təsəlliverici görüşlərə çıxacaqlar.
Təsəlliverici görüşlər və finallar sabah keçiriləcək.