- Baxış sayı: 42
- 11 May 2026 21:35
- Baxış sayı: 103
- May 11, 2026
- 0

26-30 dekabrda Rizə şəhərində yunan-Roma güləşi üzrə Türkiyə çempionatı keçiriləcək. Bu sınaqda milli komandamızın keçmiş üzvü Elçin Əliyev debüt edəcək.
Bu barədə allsport.az saytına onun özü məlumat verib. Həmyerlimiz yaxşı formada olduğunu deyib. Bildirib ki, gələn ildən artıq beynəxalq yarışlarda da iştirak edə biləcək.
2-qat Avropa çempionumuz mübarizəyə ayın 28-də qoşulaşacaq, 60 kq-da çıxış edəcək. Xatırladaq ki, bu il titullu idmançımız Azərbaycanı tərk edərək Türkiyəyə köçüb və qardaş ölkənin vətəndaşlığını alıb. O, 2013-ci ildə Tiflisdə keçirilən qitə çempionatında bizdən finalçı da olub.