2-qat Azərbaycan çempionu 16 ildə qazandığı mükafatları nümayiş etdirib

Milli komandamızın keçmiş voleybolçusu Viktoriya Ravva karyerası ərzində qazandığı qənimətləri nümayiş etdirib.

Allsport.az saytının məlumatına görə, 1989-1993-cü illərdə BMKZ-in (keçmiş «Neftçi») üzvü kimi 2 dəfə Azərbaycan çempionu (1992-1993) olan və 17 yaşında ikən növbəti 2 mövsümü «Vəqfbank»da keçirən istedadlı voleybolçu, Türkiyə çempionatında gümüş medal (1994-95) və elə həmin ili ölkə kuboku qazanıb.

O, 1994-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında millimizin heyətində 9-cu yer tutub. Gözəlçə 2 il sonra bizdə çıxış etməyib, Fransanın «Kann» klubuna keçdi, 2002-ci ildə bu ölkənin vətəndaşlığını alıb və qitə miqyasında böyük uğurlara yetişib, dünyada daha məşhurlaşıb. Vika 19-qat Fransa çempionu və 18-qat ölkə kubokununun sahibidir, 2 dəfə çempionlar liqasını qazanıb.

44 yaşlı ünlü idmançının baba-nənəsi Polşa, Ukrayna və Gürcüstan əsillidirlər. Ravva özünü “Dünyanın barış övladı” adlandırır.

Həmin kateqoriyadan