2 supervayzerə dəvət

Avropa voleybol konfederasiyası 2 Azərbaycan rəsmisinə etimad göstərib. Allsport.az saytı xəbər verir ki, CEV federasiyamızın regional voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya supervayzer kimi dəvət göndərib.

O, çempionlar liqasının qrup mərhələsində “Trentino” (İtaliya) – “Çeske Budejoviçe” (Çex Respublikası) oyunun idarəçiliyinə qiymət verəcək. “A” qrupunun 3-cü turuna təsadüf edəcək görüş dekabrın 19-da olacaq.

Həmyerlimizlə yanaşı, AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəyli də eyni funksiyanı yerinə yetirəcək. Təmsilçimiz Çex Respublikasının Olomouts şəhərində qadın voleybolçuların CEV kubokunun 1/16 finalının cavab matçında olacaq. Dekabrın 19-da yerli “Olomouts”la “Busto Arsizio” (İtaliya) üz-üzə gələcək.

Həmin kateqoriyadan