2 yüksək dərəcəli hakimimiz Rio-2016-ya vəsiqə almağa namizəddir

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində Dünya Güləş Birliyinin seminarı keçirilir. Allsport.az saytı xəbər verir ki, bu toplantıda 2 referimiz iştirak edir. Bunlar «S» dərəcəli hakimlərimiz Hicran Şərifov və Asif Şirəliyevdir.

UWW sentyabrda dünya çempionatında özünü yaxşı tərəfdən göstərən referiləri Soçi toplantısına dəvət edib. Ən yüksək kateqoriyalı ədalət təmsilçilərinin yığışdığı tədbirin mahiyyəti Rio-2016-ya hazırlıq və yeniliklərlə tanış olunmaqdır.

Sözü gedən seminarın iştirakçılarını gələn il lisenziya yarışları gözləyir. Bu sınaqlarda yüksək qiymət alanlar Braziliyada keçiriləcək «dördilliy»ə vəsiqə qazanacaqlar.

Hicran-Asif1

Həmin kateqoriyadan