İki yarışa dörd medal

Gürcüstanın Qori şəhərində gənc sərbəst güləşçilərin “Şxireli kuboku” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib.

Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) 2-ci, Sadiq Mustafazadə (86 kq) 3-cü yeri tutub. Dairəvi sistem üzrə baş tutan mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb.

Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnirdə millimizin üzvü Hacımurad Məhəmmədsəidov (97 kq) gümüş meda qazanıb.

Həmin kateqoriyadan