- Baxış sayı: 113
- 14 İyul 2026 14:14
- Baxış sayı: 103
- İyul 13, 2026
- 0

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.
Allsport.az xəbər verir ki, mövsümün dördüncü reytinq yarışında Azərbaycan 21 güləşçi ilə təmsil olunacaq.
İyulun 19-dək davam edəcək turnirdə ilk olaraq sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Djioyev (86 kq), Əli Tsokayev (92 kq), Osman Nurməhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaqlar. Məşqçilər korpusunda böyük məşqçi Cəbrayıl Həsənov, Arif Abdullayev, Teymuraz Kokoyev və Şərif Şərifov yer alır.
Daha sonra qadın güləşçilər yarışa qoşulacaqlar. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi 53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) qüvvələrini sınayacaqlar.
Yunan-Roma güləşində isə Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) Azərbaycanı təmsil edəcəklər. Komandaya böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramov rəhbərlik edəcək.
Yarışın ilkin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da, medal qarşılaşmaları isə saat 20:00-da başlayacaq. Turnirdə “I-S” kateqoriyalı hakim Asif Şirəliyev də ədaləti qoruyacaq.