Rusiyalı ünlü bahadır: “Azərbaycan xalqına qibtə edirəm”

Sərbəst güləş üzrə 3-qat olimpiya, 6-qat Dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyev Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki,  bu gün Gənclər və İdman Nazirliyində keçirilən görüşdən sonra, Rusiya idmanının canlı əfsanəsi media nümayəndələrinin suallarını cavablandırıb:

 

“Bakı çox gözəl şəhərdir. Paytaxtınızı nə qədər tərifləsəm, az olar. Ümumiyyətlə, ölkənizin sürətlə inkişafı göz qabağındadır. Vaxtilə ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət, hal-hazırda oğlu, ölkənizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, xalqı sevir. Ölkənizə bu cür nüfuzlu yarışları həvalə edirlərsə, bilirlər ki, burada hər cür şərait yaradılıb. Düzü, bu mənada sizin xalqınıza qibtə edirəm. Mən özüm Krasnoyarskda yaşayıram. Rusiyadan ölkənizin sürətli inkişafını böyük maraqla izləyirik.

 

Birinci Avropa Oyunları ilə bağlı ölkənizə dəvət olunduğum üçün qürur hissi keçirirəm. Hiss olunur ki, yarışlara səylə, böyük həvəslə hazırlaşırsınız. Mən də öz təcrübəmi bölüşməyə hazıram. Ümid edirəm və inanıram ki, Bakı birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Yarışların idmana, xüsusən də mənə daha yaxın olan güləşə marağın daha da artmasına şərait yaradacağını düşünürəm”.

 

Həmin kateqoriyadan