- Baxış sayı: 37
- 26 İyul 2024 11:02
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Bu gün Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.
Allsport.az xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub.
Yığmamızın 4 güləşçisi finala vəsiqə qazanıb. Sabah keçiriləcək həlledici görüşlərdə idmançılarımızın rəqibləri rusiyalı həmkarları olacaq.
Qeyd edək ki, daha bir neçə güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
41 kq
İbrahim Həsənov – Mustafa Bersanukayev (AİN)
52 kq
Rəşid Nazarov – Musa Santikov (AİN)
62 kq
Ruslan Vəliyev – Yaroslav Koloda (AİN)
75 kq
Nihad Süleymanlı – Şamil Abakarov (AİN)