- Baxış sayı: 91
- 27 İyul 2026 22:56
- Baxış sayı: 86
- İyul 26, 2026
- 0

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya çempionatının gedişində məşhur idmançıların imza günləri keçirilir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan azarkeşləri Türkiyə güləş federasiyasının başqanı – Rio yay olimpiya oyunlarının qalibi, 3-qat dünya və 11-qat Avropa çempionu Taxa Ağgül ilə xoş anlar yaşadılar.
Güləşsevərlər AGF-in yaratdığı şəraitdən bəhrələnərək, dünyaca məşhur bahadırın üzərində rəsmi olan açıqcada qonağın şəxsi imzasını əldə etdilər, arenada məşhur lövhəsinin önündə onunla şəkil çəkdirdilər. Tədbirin sonunda azarkeş guşəsində güləş xalçasında Taha Ağdül azərbaycanlı pəhləvanlara nümunəvi fəndlər göstərdi.