3 ərəb ölkəsinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışı keçir

Səudiyyə Ərəbistanı, Oman və İraqın ağırlıqqaldırma yığmaları AAAF park yaşayış kompleksində təlim-məşq toplanışındadırlar. Allsport.az saytı xəbər verir ki, ərəblər Azərbaycana xeyli sayda idmançı, məşqçi və mütəxəssis heyəti ilə gəliblər. Plan üzrə davam edən təlim-məşq toplanışı yüksək ab-havada davam edir.

Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Hüseyn Əlsəlis AAAF TV-yə müsahibə verərək məşq proseslərinin uğurlu keçdiyini və AAAF Parkda onlar üçün hər bir şəraitin yaradıldığını detib: “AAAF Parkda yaradılan şərait bizi qane edir. İstər məşq, istər qidalanma və istərsə də istirahət baxımından heç bir problemimiz yoxdur. Məşq zamanı Oman, İraq və Azərbaycan milli komanda üzvləri ilə birgə təcrübə mübadiləsi edirik və bu çox yaxşı nümunədir”.

Bildirək ki, Səudiyyə Ərəbistanı millisi artıq 4-cü dəfədir ki, AAAF Parka təşrif buyurur. Bundan əlavə, Misir və Mərakəş yığma komandaları da təlim-məşq toplanışı üçün buranı seçmişdi.

Həmin kateqoriyadan