- Baxış sayı: 91
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

3 ağırlıqqaldıranımız dekabrın 19-u Dohada start götürəcək VI Qətər beynəlxalq kubokunda iştirak edəcək.
Allsport.az xəbər verir ki, yarış 5 gün davam edəcək. Turnirdə Azərbaycanı qadınlarda Boyanka Kostova (59 kq), kişilərdə isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) təmsil edəcəklər.
Yarışda beynəlxalq dərəcəli hakim Vahid Nəzərov da iştirak edəcək. Turnir yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.