- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

İ-S dərəcəli hakim Asif Şirəliyevə Gürcüstan güləş federasiyasından növbəti dəvət gəlib. Allsport.az saytı xəbər verir ki, o, 10-13 yanvarda Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatında ədaləti qoruyacaq.
Həmyerlimiz qonşu ölkədə yeganə azərbaycanlı olmayacaq. Ona Abdul Nuriyev (I) və Xəzər Allahverdiyev (III) yoldaşlıq edəcəklər.
Yeri gəlmişkən, ilk 2 sözügüdən referi dekabrda Gürcüstanın 23 yaşadək sərbəst usulla çıxış edənlərin ölkə çempionatında çalışıblar.