- Baxış sayı: 41
- 23 Yanvar 2025 20:31
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
Kişi voleybolçular arasında Azərbaycan yüksək liqasında III tura start verilib. Allsport.az xəbər verir ki, voleybol mərkəzində baş tutan açılış oyununda “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib.
Qarşılaşma “ağ-qaralar”ın 3:0 (25:19, 25:19, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, bu qələbə ilə ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.
III turun yanvarın 27-də keçiriləcək son oyununda “Murov” və “Xarı bülbül” kollektivləri üz-üzə gələcəklər.
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. II turdan təxirə salınmış “Xarı bülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.