- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 25
- May 11, 2026
- 0

Azərbaycanın daha 3 qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksələ bilməyib.
Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ənn Hildebrandta uduzub.
57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib.
65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Qədriyyə Ağsoya məğlub olub.