3 sərbəst güləşçimiz üçün tale anı

6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada dünya olimpiya təsnifatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 84 ölkədən 474 güləşçi çıxış edəcək.

Həlledici sınaqda ölkəmizi “sərbəstlər”də Giorgi Edişeraşvili (57 kq), Əbubəkr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) təmsil edəcəklər.

Bu növdə Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) öncədən Tokio-2020-yə lisenziyanı təmin ediblər. Olimpiadada güləş yarışı avqustun 1-dən 7-dək olacaq.

Həmin kateqoriyadan