31 ölkənin iştirakı təsdiqləndi

Fevralın 15-16-da Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, Tokio olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq yarışlara ilkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiqləyib. Təxminən 171 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək gimnastların adları isə yanvarın sonunda bəlli olacaq.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan