31 ölkənin iştirakı təsdiqlənib

Gimnastika federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.

Allsport.az xəbər verir ki, fevralın 15-16-da baş tutacaq turnirdə artıq 31 ölkə iştirakını təsdiqləyib. Təxminən 171 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək gimnastların adları isə yanvarın sonunda bəlli olacaq.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq.

Həmin kateqoriyadan