33 yaşlı güləşçimiz həlledici görüşlərdə iranlı qardaşları yendi. Olimpiya çəkilərində yenə uğursuzluq!

33 yaşlı güləşçimiz həlledici görüşlərdə iranlı qardaşları yendi. Olimpiya çəkilərində yenə uğursuzluq!

Xorvatiyada açıq Zaqreb turniri sona yaxınlaşır. 

Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə 2 yunan-Roma güləşçimiz mübarizə aparıb. Ümidləri yalnız Taleh Məmmədov (63 kq – qeyri-olimpiya çəkisi) doğruldub.

33 yaşlı bahadır öncə özbəkistanlı Şirməhəmməd Şərifcanova, sonra iranlı İman Hüseyn Məhəmmədiyə, daha sonra onun qardaşı Arif Hüseyn Məhəmmədiyə qalib gəlib.

Digər təmsilçimiz Həsrət Cəfərov (67 kq – olimpiya çəkisi) ilk görüşdə yenilib.

Qadınlarda Elnurə Məmmədova (53 kq – olimpiya çəkisi) 1/8 finalda dayanıb.

Həmin kateqoriyadan