- Baxış sayı: 45
- 10 Avqust 2026 22:24
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona çatır. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində meydan “klassiklər”ə verilib. Hər zaman əzmkar qələbələri ilə diqqət çəkən Taleh Məmmədov (63 kq) bu dəfə də gündəm olub.
33 yaşlı bahadır yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək, ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib.
O, sonda gümüş medalla kifayətlənib. İdmançımız karyerası ərzində çıxış etdiyi bütün beynəlxalq yarışlarda üzdəniraq qonşulara qalib gəlib.


