Yeniyetmə sərbəst və yunan-roma güləşçilərin paytaxt birinciliyində kimlər qalib oldu?

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, DİN İC, ROİL, 6№-li UGİM, 1№-li RİEOUGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, Turan İK, Nardaran, Zenit İC, Həyat İK, Məhsul KKHKİC-nı təmsil edən 216 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 42 kq çəki dərəcəsində Rəşid Babazadə (Gömrükçü), 46 kq çəki dərəcəsində Şahin Babayev (Neftçi İKİB), 50 kq çəki dərəcəsində İntiqam Vəlizadə (ROİL), 54 kq çəki dərəcəsində Samid Əzizili (ROİL), 58 lq çəki dərəcəsində Murad Nəbiyev (ROİL), 63 kq çəki dərəcəsində Hüseyn Hüseynzadə (Gömrükçü), 69 kq çəki dərəcəsində Nicat Həsənov (X.Cəfərov), 76 kq çəki dərəcəsində Emin Nəcəfzadə (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Yelmar Nəbiyev (Xəzri İK), 100 kq çəki dərəcəsində Əli Əminov (Gömrükçü ) 1-ci yeri tutublar.

Yunan-roma güləşi üzrə Neftçi İKİB, DİN İC, ROİL, 6№-li UGİM, Lider İK, MOİK, 16№-li UGİM, 9№-li UGİM, Pəhləvan İK, Lokomotiv İK, Gömrükçü İSM, Bakı GK, Spartak İC, Məhsul İC, Hövsan , Pirallahı, Cəngi, Olimpiya GK, Gənclik İK, Olimp GK 1№-li RİOEUGİM-i təmsil edən 269 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Emin Xəlilov (Bakı), 46 kq çəki dərəcəsində Faiq İsgəndərov (Cəngi), 50 kq çəki dərəcəsində Vəfadar Cəfərov (ROİL), 54 kq çəki dərəcəsində Elnur Musayev (Neftçi İKİB), 58 kq çəki dərəcəsində Sənan Abdulzadə (Bakı), 63 kq çəki dərəcəsində Ramin Cəfərov (Neftçi İKİB), 69 kq çəki dərəcəsində Şirxan Quliyev (MOİK), 76 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Rövşən Məmmədtağızadə (Cəngi), 100 kq çəki dərəcəsində Tehran Əminov (Gömrükçü) 1-ci yerə sahib çıxıblar.

Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq respublika turnirinə qazanıblar. Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Həmin kateqoriyadan