- Baxış sayı: 31
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

Türkiyədə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsində fəxri kürsüyə çıxan 3 milli üzvünün qazandığı xallar bilinib. Allsport.az saytı xəbər verir ki, ağır çəkidə favorit sayılan Oyan Nəzəriani zədəyə görə medalçılar sırasına yüksələ bilməyib. 4-cü yer həm də millimizin baş məşqçisinə 5 min 800 xal qazandırıb.
Çimərlik güləşi üzrə beynəlxalq yarışda debüt edən Ramiz Həsənov (70 kq), eləcə də Omid Kamaliagdam (80 kq) bürünc medalla Vətənə qayıdıblar. Üçüncü yer təmsilçilərimizin hesabına 6 min 500 xal yazdırıb.
Turnirin çempionu İbrahim Yusubov (92 kq) isə ilk mərhələdən 10000 xal qazancla ayrılıb. Beləliklə, Türkiyədə yarışda güləşçilərimiz ümumilikdə 38 min 800 xal toplayıblar.