Ölkə çempionatının 1-ci dövrəsinin təqvimi müəyyənləşdi

Qadın voleybolçuların ölkə çempionatının Super Liqasında I dövrəsinin təqvimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 6 komandanın mübarizə apardığı yarışın ilk mərhələsində 17 qarşılaşma baş tutacaq.

Gürcüstan təmsilçisi “Tbilisi”nin ölkəmizdə keçirəcəyi oyunlarının ardıcıllığını nəzərə alan AVF, qonaqların tez-tez səfər etməsinin qarşısını alaraq, fərqli təqvim tərtib edib. Bunun nəticəsində, qonşu ölkə komandası ilk dövrədə cəmi 3 matça çıxacaq. “Tbilisi”nin “Azəryol” və “Lokomotiv”lə qarşılaşmaları isə mövsümün sonrakı hissəsində baş tutacaq.

Əvəzində II dövrənin 4 matçı vaxtından əvvəl keçiriləcək. Bu səbəbdən də I dövrədən sonra komandaların oyun sayları müxtəlif olacaq.

Ölkə çempionatında 4 dövrədən sonra yarımfinalçılar müəyyənləşdirəcəklər. Həlledici mərdələdə mükafatçıların adlarına aydınlıq gələcək.

1-ci dövrə

I tur, 6 noyabr
15:00. “Tbilisi” (Gürcüstan) – Gənclər yığması
“Azərreyl” İdman Bazası

Açılış mərasimi

17:30. “Lokomotiv” – “Telekom”
“Azərreyl” İdman Bazası

19:30. “Azərreyl” – “Azəryol”
“Azərreyl” İdman Bazası

II tur, 7 noyabr
16:00. “Azərreyl” – “Tbilisi”
Azərbaycan Voleybol Federasiyasının idman zalı

III tur, 8 noyabr
16:00. “Telekom” – “Tbilisi”
“Gənclik” Olimpiya İdman Kompleksi

IV tur, 15 noyabr
17:00. “Telekom” – “Azərreyl”
“Gənclik” Olimpiya İdman Kompleksi

II tur
19:00. “Lokomotiv” – “Azəryol”
“Azərreyl” İdman Bazası

III tur, 16 noyabr
16:00. “Azəryol” – Gənclər yığması
AVF-in idman zalı

V tur, 20 noyabr
17:00. “Azəryol” – “Telekom”
“Azərreyl” İdman Bazası

III tur
19:00. “Azərreyl” – “Lokomotiv”
“Azərreyl” İdman Bazası

IV tur, 21 noyabr
16:00. “Lokomotiv” – Gənclər yığması
AVF-in idman zalı

VI tur, 30 noyabr
17:00. “Telekom” – “Lokomotiv”
“Gənclik” Olimpiya İdman Kompleksi

19:00. “Azərreyl” – “Azəryol”
“Azərreyl” İdman Bazası

II tur, 1 dekabr
16:00. “Telekom” – Gənclər yığması
AVF-in idman zalı

V tur, 4 dekabr
16:00. “Azərreyl” – Gənclər yığması
AVF-in idman zalı

IX tur, 5 dekabr
17:00. “Azərreyl” – “Telekom”
“Azərreyl” İdman Bazası

VII tur
19:00. “Azəryol” – “Lokomotiv”
“Azərreyl” İdman Bazası

Həmin kateqoriyadan