3×3 qadın millimizin “Paris 2024” yolunda ilk təsnifat həyəcanı başlayır

12 aprel Honqkonqda 3×3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start veriləcək.

Allsport.az xəbər verir ki, Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker ‘dən ibarət qadın millimiz “B” qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Millimiz qrupda ilk oyununu 12 aprel Bakı vaxtı ilə saat 11:30 ‘da Çili komandasına qarşı keçirəcək. Qızlarımızın qrupda növbəti oyunları 13 aprel Bakı vaxtı ilə saat 11:55 ‘də Monqolustana, saat 13:45 ‘də isə Niderland seçməsinə qarşı olacaq.

Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar

Həmin kateqoriyadan