4-cü mərhələdə 1 qızıl və 2 gümüş

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 4-cü mərhələsi baş tutub. Allsport.az saytı xəbər verir ki, İbrahim Yusubov (90 kq) yarımfinalda amerikalı Tayson Beauperthuya 3:0, eyni hesabla həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka qalib gəlib.

Ramiz Həsənov (70 kq) yarımfinalda Valentin Seymetsi 3:2 üstələyib. Finalda ukraynalı Aleksey Boruta 0:3 məğlub olub.

Oyan Nəzəriani (+90 kq) prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı 1:0 yenib. Türkiyəli Fateh Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən idmançımız (2:3), gümüş medalla kifayətlənib.

Dünya sıralamasının final mərhələsi 14-15 oktyabrda Türkiyənin Muğla şəhərində keçiriləcək.

Həmin kateqoriyadan