4 güləşçimiz finala yüksəldi

Azərbaycanın 4 yunan-Roma güləşçisi birinci MDB oyunlarında finala yüksəlib.

Allsport.az xəbər verir ki, Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq) və Sərxan Məmmədov (130 kq) ən azı gümüş medalı özləri üçün təmin ediblər.

60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli, 77-kq-da yarışan Elcan Məmmədov  87 kq-dakı Laçın Əliyev yarımfinalda uduzub. Onlar bürünc medal uğrunda görüşlərə qatılacaq.

Ümidəli Musayev (63 kq) isə qrup mərhələsindəki hər iki görüşündə məğlubiyyətlə üzləşib.

Həmin kateqoriyadan