5-ci turun yeri və vaxtı

Qadın voleybolçuların super liqasında 2-ci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, 5-ci turunun matçları fevralın 8-də və 11-də AVF-in idman zalında təşkil olunacaq.

Ayın 8-də saat 16:00-da meydançaya “Abşeron” və “Azərreyl” çıxacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – UNEC duelinə start veriləcək.

Fevralın 11-də saat 16:00-da “Abşeron” – “Murov” arasında mübarizə olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Matçın start fiti saat 18:00-da veriləcək.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Həmin kateqoriyadan