5 güləşçimiz məğlubiyyətlə üzləşdi

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb.

Mübarizəyə 2-ci mərhələdən qoşulan Nihad Quluzadə sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub.

Həsən Məmmədli 1/8 finalda moldovalı rəqibinə yenilib.

Qurban Qurbanov ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finala adlamaq mümkün olmayıb.

Məhəmməd Əhmədiyev debütdə yerli güləşçiyə məğlub olub.

Sərxan Məmmədov ilk görüşdə Çilidən olan həmkarına “tuşe” ilə qalib gəlib. Həmyerlimiz 1/4 finalda Macarıstan təmsilçisinə uduzub.

55 kq
1/8 final: Nihad Quluzadə – Poya Dad Marz (İran) 1:1*

63 kq
1/8 final: Həsən Məmmədli – Korneliu Rusu (Moldova) 3:5

77 kq
1/16 final: Qurban Qurbanov – Zlatomir Emilov (Bolqarıstan) 9:0
1/8 final: Qurban Qurbanov – Samvel Qriqoryan (Ermənistan) 1:5

87 kq
1/16 final: Məhəmməd Əhmədiyev – Mario Vukoviç (Serbiya) 3:8

130 kq
1/8 final: Sərxan Məmmədov – Dieqo Almendras (Çili) 4:0 (tuşe)
1/4 final: Sərxan Məmmədov – Dariuş Vitek (Macarıstan) 1:4

Həmin kateqoriyadan