5 güləşçimiz təqaüd almağa davam edəcək

Beynəlxalq olimpiya komitəsi beynəlxalq olimpiya həmrəyliyi proqramı çərçivəsində güləşin 53 sərbəst, 39 yunan-Roma növünün təmsilçisinin və 36 qadın güləşçinin xüsusi təqaüdlə təminatını Tokio-2020 başlayanadək davam etdirəcək.

Allsport.az xəbər verir ki, Rio-2015-nın bürünc medalçıları 3-qat dünya və 3-qat qitə çempionu Hacı Əliyev və dünya çempionu Rəsul Çunayev, eləcə də 3 olimpiada mükafatçısı, 2-qat dünya və 7-qat qitə çempionu Mariya Stadnik, Avropa çempionatının 3-qat bürünc mükafatçısı, Minsk-2019 Avropa oyunlarında 3-cü yerin sahibəsi Alyona Kolesnik və 4-cü İslam oyunlarının qızıl medalçısı Leyla Qurbanova da təqaüdlə təmin ediləcəklər.

Həmin kateqoriyadan