Gənc güləşçilərimiz dünya çempionatında mübarizə aparacaq

30 avqust – 4 sentyabrda Fransanın Makon şəhərində gənc güləşçilər arasında dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, çempionatda hər 3 milli komandamız iştirak edəcək.

İlk 2 günündə “klassiklər” mübarizə aparacaqlar. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcəklər.

Gənc qızların yarışında 4 güləşçimiz çıxış edəcək. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıblar. Onlar sentyabrın 1-2-də mübarizə aparacaqlar.

Çempionatın son 2 günündə mücadiləyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Milinin heyətə Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) daxil olunublar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan