Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə beynəlxalq turnir başa çatıb

Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, körpücük üzərinə son olaraq veteran atletlər çıxıblar. Maraqlı idman mübarizəsinin sonunda qızıl medala türkiyəli atlet, 68 yaşlı Salih Süvar sahib olub. Gümüş medala Azərbaycan təmsilçisi Vladimir Jilyayev, bürünc medala isə israilli Tolik Muşik layiq görülüb.

Sayca 16-cı dəfə təşkil olunan sınaq artıq 2-ci dəfə beynəlxalq statusda keçirilib. Yarışın təşkilində məqsəd Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağırlıqqaldırmanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.

Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.

Həmin kateqoriyadan