Tofiq Heydərov: Təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, ölkənin bütün bölgələrindən 150-yə yaxın ağırlıqqaldıranın qüvvəsini sınadığı yarışın açılışı keçirilib. Tədbirdə AAAF vitse-prezidenti Tofiq Heydərov niqt söyləyib. O, yarışların keçirilməsində məqsədlər, ölkə idmanının inkişafı və bir neçə digər mövzuya toxunub:

“Çempionatı izləməyə gələn hər kəsi salamlayıram. Bu, bu il təşkil etdiyimiz 3-cü ölkədaxili yarışdır və aşkar görünür ki, təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq. Ağırlıqqaldıranlarımıza maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq beynəlxalq yarışlarda uğur qazanmalarına çalışırıq. Bu çempionat bizi qarşıda gözləyən Avropa çempionatı, Tailandda yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yeniyetmələrin dünya birinciliyi, ən əsası da Bakıda keçiriləcək 4-cü İslam oyunlarına sınaq xarakteri daşıyır.

Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi də öncül istəklərimizdəndir. Azərbaycanda ağır atletika həmişə böyük ənənələrə malik olub, inkişaf üçün dəstək nümayiş etdirilib. Biz də bu istiqmaəti davam etdiririk. Əminik ki, atletlərimiz beynəlxalq yarışlarda uğurlar qazanacaq, ölkəmizi layiqincə təmsil edəcəklər. Federasiya rəhbərliyinə, prezident Cahangir Əsgərova dəstək və etimadına görə təşəkkür edirəm”.

Sonra Tofiq Heydərov yarışı açıq elan edib. Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib. Kişilərin 56 kq çəkidə mübarizəsində qızıl medala toplam 225 kq (98+117) nəticə göstərən Ruslan Rzazadə sahib çıxıb.

Həmin kateqoriyadan