7-ci yerlə start verdik

Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, 53 ölkədən 244 (139 kişi + 105 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.

Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın heyətindən ilk olaraq Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, 61 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 250 (115+135) kq nəticə ilə dünya birinciliyində 7-ci yeri tutub.

Həmin kateqoriyadan